Samir Şərifov Ukrayna səfiri ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb. SİA xəbər verir ki, bu barədə səfir “X”də yazıb.
Məlumata görə, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq gündəliyindəki əsas məsələlər müzakirə edilib.
“İkitərəfli münasibətləri daha da gücləndirmək üçün əməkdaşlığı davam etdirməyə razılaşdıq”, – diplomat vurğulayıb.