Zelenski Starmerlə danışdı
Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkədəki səhifəsində bildirib. Kir ABŞ Prezidenti Donald Tramp ilə söhbətinin təfərrüatlarını bölüşüb. Onlar liderlərin Parisdə keçirilən son görüşünün nəticələrini və Rusiya lideri Vladimir Putinə təzyiqin davam etdirilməsinin vacibliyini müzakirə ediblər. “Biz növbəti addımlarımızı əlaqələndirdik və bu həftənin sonunda Ukraynada keçiriləcək görüşə hazırlığı müzakirə etdik”, – Zelenski qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya baş nazirinin ofisi Starmer və Tramp arasında telefon danışığı barədə məlumat yayıb.