Dünya

ABŞ-da kəskin hava şəraiti nəticəsində 15 nəfər ölüb


ABŞ-ın beş ştatında ən azı 15 nəfər ölkə daxilində fırtınalar, daşqınlar və tornadolar səbəbindən həyatını itirib.

SİA-nın məlumatına görə, bu barədə Washington Post (WP) qəzeti yazır.

Nəşrin məlumatına görə, ən çox ölüm halı qərbdəki Tennessi ştatında qeydə alınıb.

Qəzet yazır ki, dağıntıların əksəriyyəti Arkanzasdan Kentukkiyə qədər olan ərazilərdə cəmləşib.

Ölkənin Milli Meteoroloji Xidməti həyati təhlükəsi olan daşqınlar barədə xəbərdarlıq etməyə davam edir.

Bundan əvvəl Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayının 3085 nəfərə çatdığı bildirilirdi.

Təbii fəlakət nəticəsində daha 4715 nəfər xəsarət alıb. Bundan başqa, 341 nəfər itkin düşmüş şəxslər siyahısındadır.

Əli Babayev