Birqütblü və ya ikiqütblü dünya olmayacaq
Bəşəriyyət bir çox güc mərkəzlərinin üstünlüyü ilə yeni dünya nizamına addım-addım yaxınlaşır. Birqütblü və ya ikiqütblü dünya olmayacaq. SİA xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Özbəkistana səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.
Onun fikrincə, Çin qlobal güc mərkəzlərindən birinə çevriləcək. Hindistan, Braziliya, Meksika və çəkisi artan Türkiyə də bu rola iddialıdır.
Numan Kurtulmuş deyib ki, mövcud beynəlxalq münasibətlər sistemi eskalasiya dövrlərinin qarşısını almaq iqtidarında deyil: “Dünya birliyi dünya nizamının tələblərinin sadəcə bir kağız parçası olduğu bir vəziyyətə doğru yuvarlanır. Hər hansı bir məcburetmə mexanizmi yoxdur”.
O qeyd edib ki, gərginlik istəyən qüvvələrin arsenalında əvvəlkindən daha çox ölümcül silah var: “Silahlanma yarışının aktiv mərhələsinə start verilib. Silahların yığılması prosesinin nə ilə nəticələndiyini proqnozlaşdırmaq mümkün deyil”.
TBMM-nin sədri, ABŞ Prezidenti Donald Trampın Avropanın təhlükəsizliyinin yükünü nə Vaşinqtonun, nə də NATO-nun üzərinə götürəyəcəyi ilə bağlı açıqlamalarına diqqət çəkib. “Bununla da, Avropa bərabərləşdirmədən kənarda qalacaq”, – deyə o söyləyib.
Türkiyə parlamentinin sədri vurğulayıb ki, vəziyyətdən çıxış yolu dialoq və diplomatiya yolu ilə ən çətin məsələlərin belə həll etməyə qarşılıqlı hazırlığın nümayiş etdirilməsidir: “Türkiyə əvvəldən hər kəsi bu yanaşmaya çağırır. Böhran və gərginlik dövründə Ankaranın tezislərinin əhəmiyyəti artır”.