Ümit Uysal CHP Başqanlığına namizədlikdən çəkildi
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində başqanlıq uğrunda mübarizə davam edərkən, namizədlərdən biri olan Antalya Böyükşəhər Bələdiyyəsinin sabiq başçısı Ümit Uysal gözlənilməz bir qərarla namizədliyini geri çəkdiyini elan edib. SİA xəbər verir ki, Uysal açıqlamasında partiyasını zəiflətməmək məqsədilə səbəbləri ictimaiyyətlə bölüşmədiyini bildirib:
“Partiyamı yıpratmamaq üçün burada detalları açıqlamayacağım səbəblərlə namizədliyimi davam etdirməmə qərarı verdim.”
Bununla yanaşı, Uysal CHP sıralarındakı siyasi fəaliyyətini davam etdirəcəyini və partiyasının uğuru üçün çalışacağını vurğulayıb:
“CHP üçün mübarizəm ən güclü şəkildə davam edəcək. Birləşə-birləşə qalib gələcəyik”.
Qeyd edək ki, Uysal CHP daxilində yenilənmə və demokratikləşmə çağırışları ilə önə çıxan simalardan biri kimi tanınır. Onun bu qərarı partiya daxilindəki balanslara və başqanlıq yarışına necə təsir edəcəyi maraqla gözlənilir.