ABŞ Moldovaya bəzi maliyyə yardımlarını bərpa edəcək
Amerika Birləşmiş Ştatları Moldovada bəzi layihələrin maliyyələşdirilməsini bərpa edəcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu ABŞ-dan işgüzar səfərdən qayıdan Moldova Parlamentinin spikeri İqor Qrosu deyib. “Bəzi layihələrin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılıb. Yaxşı siqnallar var. Layihələrin adını çəkmək istəmirəm, amma bizim eşitdiyimiz layihələr var, onlar prioritet sahələrdədir”, – deyə İqor Qrosu bildirib.
Xatırladaq ki, Donald Tramp vəzifəyə gəldikdən sonra ABŞ-ın Moldovaya maliyyə layihələrini dayandırıb.