İqtisadiyyat

Bakı metrosu yaxın 5 ildə 300 yeni vaqon alacaq


“Bakı Metropoliteni” QSC 2030-cu ilə qədər 300 yeni vaqon almağı planlaşdırır. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib.

“Vaqonların hansı ölkədən alınacağı hələ ki, məlum deyil. Hazırda danışıqlar gedir. Avropa ölkələrindən biri ilə razılıq əldə edildikdən sonra vaqonlar alınacaq”, – deyə o qeyd edib.