Sosial

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur


Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

13. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

16. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

17. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.