DSMF sədri vətəndaş qəbulu keçirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Fondun Qəbul Mərkəzində Bakıda, eləcə də regionlarda qeydiyyatda olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bi barədə DSMF məlumat yayıb.
Bildirilib ki, qəbul zamanı vətəndaşlar pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciət ediblər.
Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.