İqtisadiyyat

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb


Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,39% artaraq 3 014,8 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 1,46% artaraq 30,04 ABŞ dollarına bərabər olub.