Dünya

Avropanın müdafiə ehtiyatları çöküb…





Çökməyə ABŞ prezidentinin elan etdiyi tariflər səbəb olub..?



…Beləliklə, Almaniyanın Rheinmetall AG-nin səhmləri 27 faiz ucuzlaşıb.

SİA-nın məlumatına görə, Bloomberg qeyd edir ki, bu, tarixdə ən kəskin bir günlük enişdir.

…Fransanın Thales SA, Almaniyanın Hensoldt AG, İtaliyanın Leonardo SpA və İsveçin Saab AB şirkətlərinin də səhmləri ucuzlaşıb.

Avropadakı müdafiə şirkətlərinin ümidləri reallıqla toqquşub. …Müdafiə xərclərinin artırılması hələ də özünü doğrultmayıb və biz indi ümumilikdə səhmlərin satılması vəziyyətindəyik.

Bunu IG Group-un baş bazar analitiki Kris Boşamp deyib.

…Avropa Müdafiə Agentliyinin məlumatına görə, 2024-cü ildə Aİ-nin müdafiə xərcləri 326 milyard avro və ya blokun ÜDM-nin 1,9 faizini təşkil edib. Avropa İttifaqı növbəti dörd il ərzində xərcləri artırmağı planlaşdırır: martın əvvəlində Avropa İttifaqı ölkələri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən təqdim edilən 800 milyard avroluq Rearm Europe yenidən silahlanma planını təsdiqləyiblər.

…Dünya bazarlarının çökməsinə ABŞ prezidenti Donald Trampın elan etdiyi tariflər səbəb olub.

Reuters agentliyi qeyd edir ki, Airbus SE və Boeing Co təyyarələrini hissələri təchiz edən ABŞ şirkəti Howmet Aerospace Inc., Trampın tarifləri ilə bağlı fors-major elan etməsi əhval-ruhiyyəni daha da qaraldıb.

Əli Babayev