İqtisadiyyat

Azərbaycanda ilk dəfə smart televizorlar istehsal ediləcək


“Taube Electronics” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.

SİA-nın məlumatına görə, İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, şirkət tərəfindən Azərbaycanda ilk dəfə smart televizorların istehsalı layihəsi həyata keçiriləcək.

İnvestisiya dəyəri 3,5 milyon manat olan layihə çərçivəsində 20-yə yaxın daimi iş yeri yaradılacaq.