İqtisadiyyat

Azərbaycanda yanvarda maliyyə auditi müqavilələrinin 7 %-i könüllü bağlanılıb


Bu ilin yanvar ayında 88 auditor təşkilatı və 33 sərbəst auditor “Auditorun şəxsi kabineti” sisteminə ümumilikdə 650 auditor xidməti müqaviləsi daxil edib. SİA xəbər verir ki, bu barədə Auditorlar Palatasının aylıq monitorinq hesabatında bildirilir.

Daxil edilən müqavilələrdən 6-sı “icra olunub”, 122-si üzrə “rəy verilib”, 522 müqavilə isə “icradadır” statusu ilə sistemdə qeydə alınıb.

Məlumata əsasən, ay ərzində sistemə daxil edilmiş 464 MHA (Maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə təsərrüfat subyektlərinin maliyyə (mühasibat) hesabatlarının auditi) müqaviləsindən 430-u məcburi, 34-ü isə könüllü audit subyektlərinə aid olub. Bu da müvafiq olaraq 92,7 % və 7,3 % təşkil edir.