Benderdə Dnestryanı və Moldova nümayəndələrinin görüşü keçirilib
…Benderdə tanınmamış Pridnestroviya Moldova Respublikası (PMR) və Moldovanın nümayəndələri arasında görüş keçirilib.
SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Dnestryanı Xarici İşlər Nazirliyinin rəhbəri Vitali İqnatyev bildirib.
…Sizə məlumat vermək istərdim ki, ATƏT-in Bender şəhərindəki missiyasının ofisində biz Moldova və Dnestryanı bölgənin siyasi nümayəndələrinin sözün əsl mənasında respublikamızın ərazisindəki görüşünü keçirdik, – deyə siyasətçi bildirib.
İqnatyev xatırladıb ki, Moldova Kişinyov və Tiraspolun siyasi nümayəndələri arasında görüş keçirməkdən bir neçə dəfə imtina edib.
O, tərəfləri Benderdə keçirilən bu danışıqlara Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədrinin xüsusi nümayəndəsi Tomas Lenk tərəfindən dəvət olunduğunu qeyd edib.
Əli Babayev