İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri


Aprelin 7-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.91% – 37,965.60 bəndədək, S&P 500 indeksi 0.23% – 5,062.25 bəndədək azalıb, Nasdaq indeksi isə 0.10% – 15,603.26 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 7-də FTSE 100 indeksi 4.38% – 7,702.08 bəndədək, Fransanın CAC-40 indeksi 4.78% – 6,927.12 bəndədək, Almaniyanın DAX indeksi 4.13% – 19,789.62 bəndədək azalıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.49% artaraq 1.0965 dollar təşkil edib.