Gələn ay Bağdadda Ərəb Sammiti keçiriləcək
Bağdad şəhəri mayın 17-də Ərəb Dövlətləri Liqasının növbəti sammitinə ev sahibliyi edəcək. SİA İraq Xəbər Agentliyinə istinadla bildirir ki, İraq tərəfi sammitin keçirilməsi ilə bağlı hazırlıqların yekunlaşdığını deyib. Qeyd olunub ki, sammitin proqramı hazırdır. Tədbirdə ərəb ölkələri ticarət nazirlərinin şurasının yaradılması təklifi, hazırkı çağırışlar fonunda iqtisadi əməkdaşlığın perspektivləri, iqtisadi inteqrasiyaya nail olmağın yolları, eləcə də Fələstin və Yəmən xalqlarına dəstək və başqa mövzular müzakirə ediləcək.