İqtisadiyyat

I rübdə sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb


Bu ilin I rübündə hərəkətdə olan sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, nəticədə qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, həmçinin bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb.

Qatara ziyan vuranlar Azərbaycanın qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələnirlər.

“ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir”, – deyə qurumun məlumatında deyilir.