Dünya

Nebenzya Krivoy Roqa hücumu şərh edib


Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Krivoy Roqda onlarla hərbçinin ləğv edildiyini açıqlayıb.

SİA-nın məlumatına görə, o, bu barədə BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında çıxışı zamanı danışıb.

Onun sözləri Rusiyanın təşkilatdakı daimi nümayəndəliyinin Telegram kanalında sitat gətirilib.

…Aparılan əməliyyat həm Ukrayna Silahlı Qüvvələrinin komanda heyətinə, həm də öz təlimatçılarını Ukraynaya göndərən bir sıra NATO ordularına danılmaz ziyan vurub.

Bunu Nebenzya bildirib.

O, həmçinin qeyd edib ki, Ukraynaya yardım üçün göndərilən qərbli zabit və təlimatçılar Rusiya ordusu üçün qanuni hədəfdir.

Eyni zamanda Nebenzya qeyd edib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələrinin qeyri-peşəkar hərəkətləri nəticəsində insanlar xəsarət alıb, onlardan bəziləri sağ qalmayıb.

Nebenzya daha əvvəl bəyan etmişdi ki, Rusiya Ukrayna ilə bağlı ciddi dialoqa hazırdır. Bununla belə, o qeyd edib ki, Moskva danışıqlar prosesinin Kiyevin hərbi potensialının gücləndirilməsi üçün istifadə olunmasına imkan verməyəcək.

Əli Babayev