İqtisadiyyat

Ödənişli xidmətlərindən daxilolmalar 15 % artıb


Bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 136,7 milyon manat təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 milyon manat və yaxud 15,1 % çoxdur.

Bundan başqa, rüb ərzində büdcəyə sair daxilolmalar 154,9 milyon manat olub. Bu isə 1 il əvvələ nisbətən 4,5 milyon manat və yaxud 2,8 % azdır.