Avropa Ukrayna münaqişəsi zamanı ABŞ-dan 265 milyard dollar dəyərində silah sifariş edib
Ukrayna münaqişəsi başlayandan bəri ABŞ-ın silah satışı 600% artıb, Avropa ölkələrindən gələn sifarişlərin həcmi isə 265 milyard dollara çatıb. SİA xəbər verir ki, bu barədə Alyansın bölgədəki baş komandanı, ABŞ generalı Kristofer Kavoli bildirib.
O qeyd edib ki, müttəfiqlər üçün müxtəlif silah sistemlərinin uyğunluğunu təmin etməyin ən asan yolu onları ABŞ-dan almaqdır. “Hazırda 265 milyard dollar dəyərində 4 min müraciət var. Bunlar silah istehsalçısı kimi ABŞ-dan alış-veriş etmək üçün növbəyə duran Avropa ölkələridir”, – deyə general əlavə edib.