ABŞ fond bazarı yenidən ucuzlaşmağa başlayıb
ABŞ-ın əsas fond indeksləri cümə axşamı sessiyasına aşağı düşüb.
SİA xəbər verir ki, Reuters-in yazdığı kimi, Prezident Donald Trampın idxal tarifləri ilə bağlı mövqeyində bir neçə günlük enişdən sonra düzəliş elan etməsindən sonra dünənki yüksəliş, yeni enişlə müşayiət olunub.
Dow Jones 1,66 faiz, S&P 500 2,12 faiz, Nasdaq isə 2,69 faiz ucuzlaşıb.
Yazı hazırlanarkən bütün indekslər öz enişlərini sürətləndirmiş, müvafiq olaraq 2,11, 2,66 və 3,32 faizə enmişdir.
Aprelin 9-u axşam saatlarında Tramp daha əvvəl elan etdiyi tədbirlərə cavab verməyən ölkələr üçün tarifləri 90 gün müddətinə 10 faiz səviyyəsində saxlamaq qərarını açıqlayıb.
…Dünya bazarlarına hörmətsizlik göstərən” Çinə qarşı o, tarifləri ümumilikdə 125 faizə qaldırıb. Qərarı izah edərkən ABŞ prezidenti bazarlardakı “olduqca acınacaqlı” vəziyyəti və “insanların bir az panikaya düşdüyünü” və “bir az qorxduğunu” qeyd edib.
Mövcud ticarət məhdudiyyətləri sisteminin ləğvindən söhbət getməsə də, onun sözləri dünya bazarlarında qiymətli kağızların kütləvi alışına təkan verib və bu müddət ərzində Rusiya səhmlərinin də dəyəri artıb.
Əli Babayev