İqtisadiyyat

AMB sistem əhəmiyyətli bankların qiymətləndirilməsi meyarlarını təsdiqləyib


Bundan başqa, bankın sistem əhəmiyyətliliyi aşağıdakı mərhələlər əsasında müəyyən edilir:

– hər bir bank üzrə sistem əhəmiyyətlilik indeksi hesablandıqdan sonra həmin indeks 420 baza bəndi ilə müqayisə olunur;

– yekun sistem əhəmiyyətlilik indeksinin nəticələri 420 baza bəndi və bundan yüksək olan banklar sistem əhəmiyyətli bankların siyahısına daxil edilir.

Sistem əhəmiyyətli bankların siyahısı hər il martın 1-nə qədər AMB-nin İH-nin qərarı ilə təsdiq edilir.

Sistem əhəmiyyətli bankların müəyyən edilməsi barədə qərar qəbul edildiyi tarixdən 5 iş günü ərzində bu barədə müvafiq banka və Maliyyə Nazirliyinə yazılı məlumat veriləcək və sistem əhəmiyyətli bankların siyahısı AMB-nin rəsmi internet səhifəsində dərc olunacaq.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.