Azərbaycan İngiltərə ilə Hökumətlərarası Komissiyanın iclasına hazırlığı müzakirə edib
Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O bildirib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.
“Görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, “yaşıl enerji” üzrə interkonnektor layihələri, hidrogen strategiyası, həmçinin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi apardıq”, – deyə nazir qeyd edib.