Dünya

Prada Versaceni aldı


Prada moda evi İtaliyanın Versace brendi tərəfindən alınıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Vogue Business” Capri Holdings Ltd şirkətinin nümayəndələrinə istinadən məlumat yayıb.

Müqavilənin dəyəri 1,25 milyard avrodur. Onun 2025-ci ilin ikinci yarısında başa çatdırılması gözlənilir.

…Biz Versace-ni Prada Qrupunda salamlamaqdan və kreativlik, sənətkarlıq və irsə güclü öhdəliyi paylaşdığımız brend üçün yeni fəsil açmaqdan şadıq. Biz Versace mirasını onun cəsarətli, zamansız estetikasını qeyd edərək və yenidən təsəvvür etməklə davam etdirəcəyik. Eyni zamanda, biz ona möhkəm sərmayələr, uzun illərdir davamlı əməkdaşlıq platforması təqdim edəcəyik.

Bunu Prada Qrupunun sədri və baş icraçı direktoru Patrizio Bertelli şərh edib.

Mart ayında italyan modelyer Donatella Versace-nin Versace-nin kreativ direktoru vəzifəsindən getdiyi bildirilmişdi.

Nazlı Almuradova