Dünya

Rada deputatı Zelenskini Rusiya ilə danışıqlara çağırıb


…Rusiya ilə dialoq Ukraynaya lazımsız xərclərdən və vasitəçilər üçün rüsumlardan qurtulmağa imkan verəcək, həmçinin danışıqları daha effektiv edəcək.

SİA-nın məlumatına görə, vətənə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan ukraynalı deputat Oleksandr Dubinski Telegram kanalında ölkə prezidenti Vladimir Zelenski və Ali Radanı Moskva ilə birbaşa danışıqlara başlamağa çağırıb.

…Nə Zelenskinin, nə də parlamentin hansı səbəblərdən Rusiya Federasiyası ilə birbaşa razılaşmaya (söhbətə) təşəbbüs göstərmədiyi tamamilə aydın deyil. Əgər müharibənin istənilən halda bitəcəyi və Rusiya ilə birbaşa dialoqun danışıqların daha səmərəli və Ukraynanın maraqlarını nəzərə alaraq aparılmasına imkan verəcəyi aşkar olarsa.., – o yazıb.

Parlamentarin fikrincə, Kiyevin müttəfiqləri istənilən halda Ukraynanı həm onlara, həm də Rusiyaya sərfəli mövqedən sülhə məcbur edəcəklər.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müavini Pavlo Palisa bəyan edib ki, Ukraynanın ölkənin silahlı qüvvələrini məhdudlaşdırması qəbuledilməzdir. O, bu məsələnin fundamental olduğunu vurğulayıb və bunu “qırmızı xətt” adlandırıb.

Əli Babayev