Dünya

Rusiya ordusunda 155 çinli döyüşür!


Ukrayna prezidenti Vladimir Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsində son hadisələrlə bağlı məlumat verib. Zelenski deyib ki, o, ABŞ-ın Rusiya ilə Çin vətəndaşlarını cəbhə xəttinə göndərmək barədə danışacağını gözləyir. Zelenski Rusiyanın Çin vətəndaşlarını sosial media vasitəsilə işə götürdüyünü və Çin rəsmilərinin də bundan xəbərdar olduğunu bildirib. Zelenski vurğulayıb ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya ordusunda döyüşən çinli əsgərlərin adlarını, doğum tarixlərini və təyin olunduqları Rusiya hərbi hissələrini əks etdirən siyahılar hazırlayıb. Ukraynanın Rusiya ordusuna yeni cəlb olunanların Çindən təlimat alıb-almadığını qiymətləndirdiyini deyən Zelenski, “Çin məsələsi ciddidir” dedi. “Adları və pasport məlumatları olan 155 nəfər var. Ukrayna ərazisində ukraynalılara qarşı döyüşən 155 Çin vətəndaşı var. Biz məlumat toplayırıq və inanırıq ki, daha çox, daha çox şey var”, – Zelenski bildirib.

Zelenski Ukraynanın əsir götürdüyü Çin vətəndaşlarını Ukrayna əsgərləri ilə dəyişməyə hazır olduğunu bildirib. Zelenski minlərlə Şimali Koreya əsgərinin Rusiyanın Kursk bölgəsində döyüşlərə göndərilməsindən sonra Çin vətəndaşlarının yerləşdirilməsini Rusiyanın müharibədəki “ikinci səhvi” kimi qiymətləndirib. “ABŞ bu gün Rusiyanın hərəkətlərini açıq şəkildə görür. Mən başa düşə bilmirəm ki, Amerika niyə Rusiyaya qarşı sərt reaksiya vermir. Diplomatiya və ya izahat baxımından heç nə yoxdur”, – Zelenski bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian verdiyi açıqlamada Zelenskinin daha çox çinlinin cəbhə xəttində olması ilə bağlı açıqlamasının “əsassız” olduğunu bildirib. “Ukrayna Çinin Ukrayna böhranının siyasi həlli üçün səylərini və konstruktiv rolunu layiqincə qiymətləndirməlidir”, – sözçüsü Lin deyib.

Lin vurğulayıb ki, Çin hökuməti hər zaman öz vətəndaşlarından silahlı münaqişə zonalarından uzaq durmağı və “xüsusilə də hər hansı tərəfin hərbi əməliyyatlarında iştirak etməkdən çəkinməyi” xahiş edib.

Ukrayna lideri Zelenski aprelin 8-də Rusiya ordusunda Ukraynaya qarşı döyüşən iki Çin vətəndaşının əsir götürüldüyünü açıqlayıb.

Nuray Paşşanlı