Dünya

2054-cü il təvəllüdlü Amerikalı işsizlik iddiası verir..?


…ABŞ Hökumətinin Səmərəliliyi Departamenti X sosial şəbəkəsində 41 min dollar məbləğində işsizlik müavinəti üçün müraciət edən 2154-cü il təvəllüdlü Amerika vətəndaşını müəyyən etdiyini bildirib.

Bu “qəribə” işə əlavə olaraq, ABŞ Hökumətinin Səmərəliliyi Departamenti əməkdaşları müavinət almaq üçün müraciət edən 2040-cı il və ya daha sonra doğulmuş daha 9,7 min ABŞ vətəndaşı da tapıblar.

SİA-nın məlumatına görə, bu ərizəçilərin gözlədiyi ümumi məbləğ 69 milyon dollar olub.

Şöbənin mütəxəssisləri həmçinin yaşı 115-dən yuxarı olan şəxslərdən ümumi məbləği 59 milyon dollar olan 24,5 min müraciət aşkar ediblər.

Bundan əlavə, bir yaşdan beş yaşa qədər olan uşaqlar adına ümumi məbləği 254 milyon dollar olan 28 min işsizlik iddiası da qaldırılıb.

…Yaşayan ən yaşlı amerikalının indi 114 yaşı var, buna görə də 115 və ya daha çox işsizlik müavinətini toplayan hər kəsin artıq öldüyü əsaslandırılır.

…Bunu ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin baş direktoru Elon Mask kəşfə cavab olaraq deyib.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Trampın qərarı ilə yaradılan Hökumətin Səmərəliliyi Departamenti səmərəsiz xərcləri azaltmağa və federal qurumların yenidən təşkilinə yönəlib.

Yanvarın ortalarında Maliyyə Naziri Scott Bessent vurğulamışdı ki, federal xərclər qeyri-münaqişə dövründə görünməmiş səviyyəyə çatıb və büdcə kəsiri ümumi daxili məhsulun yeddi faizinə yaxınlaşır.

Əli Babayev