Dünya

ABŞ-da helikopter qəzası olub


Nyu-Cersi ştatının Cersi-Siti şəhəri yaxınlığında “Bell 206” helikopteri Hudson çayına düşüb. SİA xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 6 nəfər ölüb. “Cümə axşamı (10 aprel) günorta saatlarında helikopterin Hudzon çayına düşməsi nəticəsində 6 nəfər həlak olub. Helikopter görünür, havada parçalanıb və yerə çırpılıb. Çaya düşərkən helikopterdən uçan dağıntılar görünə bilərdi”, – nəşr yazır.

Nyu-York meriyası helikopterin Aşağı Manhettendən havaya qalxdığını bildirib. Polisin məlumatına görə, təyyarədə üç böyük və üç uşaq olub. Bütün cəsədlər çıxarılıb.