Azərbaycan hərbçiləri Moskvada 9 May paradında iştirak edəcəklər
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında iştirak edəcəklər. SİA xəbər verir ki, bunu TASS agentliyinə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev söyləyib.
“80 nəfər Azərbaycan hərbçisi mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək”, – deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, yaxın vaxtlarda hərbçilər məşqlərdə iştirak etmək üçün Moskvaya gələcəklər. “Bu, bizim ümumi tarixdir, bu, bizim qələbədir”, – deyə Rəhman Mustafayev vurğulayıb.