Dünya

Yol polisi yaşı 10-dan yuxarı olan avtomobillərdə yoxlamaları gücləndirir…


Avtomobilləri on ildən artıq istifadədə olan sürücülər yol polisi əməkdaşlarının diqqətinə daha çox hazır olmalıdırlar. Nəzərdə tutulub ki, müfəttişlər bu avtomobillərin texniki vəziyyətini xüsusi diqqətlə yoxlayacaq, əyləc sisteminin və digər əsas komponentlərin işinə diqqət yetirəcəklər.

SİA-nın məlumatına görə, Rusiya Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi istismar müddəti on ildən artıq olan avtomobillərin texniki vəziyyətinə nəzarəti gücləndirəcəyini açıqlayıb.

Mövcud məlumatlara əsasən, əyləclərin işləkliyinə, o cümlədən yastiqciqların və disklərin aşınma dərəcəsinin, işçi mayelərin sızmasının olub-olmamasının, sükan sisteminin işləməsinə və bütün işıqlandırma cihazlarının istismara yararlılığına xüsusi diqqət yetiriləcək.

Sözügedən tədbirlərin gücləndirilməsi işlənmiş avtomobillərin iştirakı ilə baş verən yol qəzalarının sayının nəzərəçarpacaq dərəcədə artması ilə bağlıdır.

Statistika göstərir ki, belə avtomobillərdəki texniki nasazlıqlar çox vaxt ağır qəzaların katalizatoru olur.

Arızalar aşkar edilərsə, köhnə avtomobillərin sahibləri ciddi sanksiyalarla üzləşəcək.

Müfəttişlər, pozuntunun şiddətindən asılı olaraq, məbləği 500 ilə 5000 rubl arasında dəyişə bilən cərimə tətbiq etmək hüququna malikdirlər.

Əhəmiyyətli problemlər aşkar edilərsə, avtomobil plandankənar texniki baxışa göndərilə bilər. Xüsusilə ciddi hallarda, nəqliyyat vasitəsi yol hərəkəti təhlükəsizliyinə birbaşa təhlükə yaratdıqda, onun reyestrdən məcburi çıxarılması proseduru mümkündür.

Nazlı Almuradova