Tramp tarif vəziyyətinə görə günahı köməkçilərinin üzərinə atıb…
…ABŞ prezidenti Donald Trampın tarif müharibəsi dünya üzrə maliyyə bazarlarını xaosa sürükləyib. İndi Ağ Evin rəhbəri tariflərin tətbiqinin nəticələrinə görə öz müşavirlərindən məyus qalıb.
SİA xəbər verir ki, “Bild”in məlumatına görə, Trampa yaxın olan ticarət məsləhətçisi Piter Navarro və onunla birlikdə ABŞ-ın ticarət naziri Hovard Lutnik vəzifəsindən aşağı salınacaq.
Nəşr qeyd edib ki, Lutnik həm də proteksionist gömrük siyasətinin memarı hesab olunur.
“Politico” da onun vəzifəsinin aşağı salınması barədə məlumat yayıb.
Kifayət qədər səviyyəli məmur kimi tanınan maliyyə naziri Skott Bessent əsas səhnəni tutacaq.
Nəşr qeyd edib ki, bu dəyişikliklər Trampın tarif müharibəsində nəyinsə səhv getdiyini, yəni plana uyğun olmadığını göstərir.
Xatırladaq ki, həftənin ortalarında ABŞ dövlət istiqrazlarının ticarəti ilə məşğul olan bazarlar çökdü və bu, demək olar ki, maliyyə fəlakəti ilə başa çatdı.
Bu fonda Tramp 75 ölkədən idxala nəhəng tariflərin tətbiqini təxirə salmağa məcbur olub.
Əli Babayev