Vladimir Putinlə Stiven Uitkof arasında görüş keçirilib
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkof arasında görüş Sankt-Peterburqda keçirilir.
SİA xəbər verir ki, danışıqlar Sankt-Peterburqdakı Prezident Kitabxanasında aparılır.
Rusiya dövlət rəhbərinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu, Putinin Uitkofla artıq üçüncü görüşüdür. Bundan əvvəlki iki görüş Moskvada keçirilib. Danışıqlar bağlı qapılar arxasında keçirilir.