Dünya

Ən yüksək minimum əmək haqqına sahib AB ölkələri…


Avropa İttifaqının Statistika İdarəsi (Eurostat) Aİ ölkələrində minimum əmək haqqı ilə bağlı yenilənmiş məlumatları təqdim edib.

SİA-nın məlumatına görə, “Myfin.by” nəşrə diqqət çəkib.

…1 yanvar 2025-ci il tarixinə Danimarka, İtaliya, Avstriya, Finlandiya və İsveç istisna olmaqla, 27 Aİ ölkəsindən 22-də milli minimum əmək haqqı var.

Eurostatın aydınlaşdırdığı kimi, minimum əmək haqqı gəlir vergisi və sosial sığorta haqlarından əvvəlki məbləğdir.

Ən yüksək minimum əmək haqqı aşağıdakı Aİ ölkələrində qeydə alınıb:

-Lüksemburq (2638 avro),

-İrlandiya (2282),

-Hollandiya (2193),

-Almaniya (2161),

-Belçika (2070).

Fransada bu rəqəm 1802, İspaniyada 1381, Polşada 1091, Litvada 1038, Portuqaliyada 1015 olub.

2025-ci ilin yanvar ayında AB-nin 10 ölkəsində minimum əmək haqqı ayda 1000 avrodan az idi.

Xatırladaq ki, Nazirlər Şurasının 2024-cü il 10 dekabr tarixli 935 nömrəli qərarına əsasən, 2025-ci il yanvarın 1-dən Belarusda aylıq minimum əmək haqqı 726 rubl (aprelin 12-nə olan məzənnə ilə 195,68 avro) müəyyən edilib.

Əli Babayev