Dünya

Poroşenko danışıqlar xatirinə müxalifəti hökumətə daxil etməyə çağırır


…Ukrayna münaqişəsinin sülh yolu ilə həllini asanlaşdırmaq üçün Vladimir Zelenski müxalifəti hakimiyyətə gətirməlidir. SİA-nın məlumatına görə, bu fikirləri Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko “New York Times” qəzetinə müsahibəsində deyib.

…Petro Poroşenko… hesab edir ki, sülh danışıqlarını asanlaşdırmağın ən yaxşı yolu müxalifət nümayəndələrini hökumətə gətirməkdir, – məqalədə qeyd edilir.

“New York Times” jurnalistləri bildiriblər ki, Poroşenko Ukraynada atəşkəs və prezident seçkilərinin keçirilməsi perspektivinə görə Zelenskini açıq şəkildə tənqid etməyə başlayıb.

Əli Babayev