Rusiyadan kapital axını demək olar ki, 300 milyard dollara çatıb…
…Ukrayna ilə müharibə başlayandan bəri Rusiya iqtisadiyyatı tarixində heç vaxt görmədiyi miqyasda xarici kapital axını yaşayıb.
SİA-nın məlumatına görə, bunu “The Moscow Times” qeyd edir.
Rusiya Federasiyası Mərkəzi Bankının cümə günü dərc etdiyi statistikaya əsasən, üç il ərzində Rusiya Federasiyasının real sektoruna qeyri-rezident investisiyaları 57 faiz azalıb.
2022-ci il yanvarın 1-də müəssisələrin malik olduğu 497,7 milyard dollar birbaşa xarici investisiyadan 2025-ci ilin əvvəlinə yalnız 216 milyard dollar qalıb ki, bu da 2009-cu ildən bəri ən aşağı məbləğdir.
…Rusiyanı tətbiq edilən sanksiyaların sayına görə dünya rekordçusu edən Ukraynanın işğalının ilk ilində iqtisadiyyat 138 milyard dollar, 2023-cü ildə isə daha 80 milyard dollar xarici sərmayə itirib.
Keçən il birbaşa xarici investisiyanın həcmi əlavə olaraq 63 milyard dollar azalıb, 2022-24-cü illər üçün toplanmış cəmi isə 281 milyard dollar çöküb.
Mövcud məzənnə ilə rubla çevrilən iqtisadiyyat 24,7 trilyon rubl və ya ÜDM-in 12 faizi həcmində xarici sərmayə itirdi – bu, Rusiyanın federal büdcəsinin yarısını (41 trilyon rubl) üstələyir və demək olar ki, bütün Rusiya şirkətlərinin xalis illik mənfəətinə (30,4 trilyon rubl) bərabərdir.
Kremlin “dost” ölkələrin Qərb investorlarını Rusiya üçün əvəzləyəcəyinə dair ümidləri puç oldu.
Putin BRİKS ölkələrindən olan investorlar üçün “maksimum açıqlıq” elan etsə də, onları Rusiyaya “kapital” yatırmağa çağırsa da, Mərkəzi Bankın statistikasında pul axını qeydə alınmayıb.
Bu, Rusiya iqtisadiyyatının artan təcridinə dəlalət edir, Almaniya Beynəlxalq Təhlükəsizlik Araşdırmaları İnstitutunun elmi işçisi Janis Kluge qeyd edir bunu.
Məsələn, Putinin münasibətlərini “strateji” adlandırdığı Rusiyanın ən böyük ticarət tərəfdaşı olan Çinin hakimiyyət orqanları yerli şirkətlərə Rusiyanın neft-qaz sektoruna investisiya qoymağı qadağan edib, “Sibirin gücü-2” layihəsinə sərmayə qoymaqdan imtina edib və avtomobil istehsalçılarına Rusiyada zavod tikməməyi tapşırıb.
…Müharibədən əvvəl Rusiyaya birbaşa xarici sərmayənin dörddə üçü sanksiyalar və əks-sanksiya tətbiq edildikdən sonra sərmayələri dayandırılan “dost olmayan” siyahıda olan ölkələr tərəfindən təmin edilirdi.
Qondarma “düşmənlər” Rusiya ÜDM-nin 50 faizini və məşğulluğun 40 faizini təşkil edən faydalı qazıntıların çıxarılmasına və emal sənayesinə bütün əsas fondların 20 faizinə bərabər bir məbləğdə sərmayə qoydular.
…Loko-Invest analitiklərinin fikrincə, onların payı ticarətdə (əsas fondların 80 faizinə bərabərdir), maliyyədə (demək olar ki, 70 faiz), həmçinin elmi-texniki sektorlarda (40 faiz) daha yüksəkdir.
Ümumilikdə, McDonald’s-dan Mercedes-Benz-ə qədər mindən çox şirkət müharibə başlayandan sonra Rusiya bazarını tərk etdi.
Maliyyə nazirinin müavini İvan Çebeskov aprelin əvvəlində etiraf etdi ki, onlardan heç biri rəsmi olaraq geri qayıtmaq təklifi ilə müraciət etməyib.
Vəziyyətlə tanış olan mənbələr “Financial Times”-a bildiriblər ki, hökumət rəsmiləri özləri Rusiya Federasiyasında işi bərpa etmək təklifləri ilə xarici top-menecerlərə zəng ediblər.
Əli Babayev