Ukraynalı qaçqınların ən çox məşğul olduğu ölkələr…
Avropada işləyən ukraynalıların sayına görə liderlər Polşa və Almaniyadır.
SİA xəbər verir ki, belə məlumatları KİEV24-də Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun baş elmi işçisi Lidiya Tkaçenko efirdə açıqlayıb.
Ən çox ukraynalı Polşada işləyir.
Lidiya Tkaçenko qeyd edib ki, bu ölkə dil biliyinə daha az sərt tələblər və ukraynalıların xüsusi tələblər olmadan iş tapmaq imkanları sayəsində ən çox ukraynalının işlədiyi ölkələr arasında liderdir.
Polşa ilə müqayisədə Almaniyada işləyən ukraynalıların nisbəti daha azdır, çünki daha sərt tələblər, xüsusən də dil biliyi ilə bağlı tələblər var.
Qeyd olunur ki, Almaniya ukraynalılara dil bilmədən öz ixtisası üzrə işləmək imkanını nəzərdən keçirsə də, bu təşəbbüs birmənalı şəkildə həyata keçirilməyib.
Əli Babayev