Dünya

Odessada silsilə partlayışlar baş verdi


Ukraynanın cənubundakı Odessada iki silsilə partlayış baş verib. SİA xəbər verir ki, bu barədə şəhərin meri Gennadi Truxanov “Telegram” kanalında məlumat verib. Hava təhlükəsi səbəbindən ölkə hazırda həyəcan vəziyyətindədir. Mövcud məlumata görə, Rusiyaya məxsus “Geran-2” tipli pilotsuz uçuş aparatları (PUA) hücumda iştirak etmiş ola bilər. Dnepropetrovsk, Nikolayev, Odessa, Sumı və Xarkov vilayətlərində hava hücumu həyəcanı elan edilib.