Almaniyanın məşhur avtomobil markası iflas etdi
Almaniyanın lüks avtomobil istehsalçısı “Isdera” iflas elan edib. SİA xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Məlumata görə, şirkət müflis olduğunu açıqlamaq üçün aprelin 11-də Saarbrücken rayon məhkəməsinə müraciət edib. Qeyd edək ki, 1982-ci ildə Hildesheim şəhərində qurulan “Isdera” yüksək keyfiyyətli lüks avtomobillərin kiçik seriyalı istehsalında ixtisaslaşıb. Məsələn, şirkətin “Commendatore 112i” modeli 2021-ci ildə hərracda 1,2 milyon avroya satılmışdı.