Azərbaycanda qeyri-işlək kreditlər 7 %-ə yaxın artıb
Bu il yanvarın 1-nə Azərbaycanın qeyri-işlək kredit portfeli 655 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatında” bildirilir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 6,7 % və yaxud 41 milyon manat çoxdur.
Hesabat dövründə qeyri-işlək biznes kreditləri 0,8 % azalaraq 375 milyon manata, qeyri-işlək istehlak kreditləri 24,9 % artaraq 246 milyon manata, qeyri-işlək ipoteka kreditləri isə 12,8 % azalaraq 34 milyon manata düşüb.
İl ərzində yüksək kreditləşmə dinamikasında qeyri-işlək portfelin cəmi portfeldə payı 0,2 faiz bəndi azalaraq 2,4 % olub.