Azərbaycanın bank sektorunun likvidliyinin örtülmə əmsalları
2024-cü ildə Azərbaycanın bank sektorunun likvidliyinin örtülmə əmsalı (LCR) məcmu və xarici valyutada müvafiq olaraq 150 % və 178 % təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilir.
Sənədə əsasən, sektorun likvidlik mövqeyi yeni monetar çərçivə və prudensial alətlərin tətbiqi çərçivəsinə uyğunlaşdırılıb.
Bu il yanvarın 1-nə bank sektoru üzrə gözlənilən cəmi nağd mədaxillər 4,8 milyatd manat, gözlənilən cəmi nağd məxariclər 12,5 milyard manat olmaqla cəmi xalis nağd məxariclər 7,7 milyard manat təşkil edib.
Bank sektorunun yüksək keyfiyyətli likvid aktivləri 12 milyatd manat təşkil etməklə cəmi xalis nağd məxaricləri üstələyir.
Likvidliyin örtülmə əmsalı yüksək keyfiyyətli likvid aktivlərin adekvat səviyyədə saxlanmasını təmin etməklə bankların qısamüddətli likvidlik şoklarına qarşı dayanıqlığını artırır.