İqtisadiyyat

Hesablama Palatasının aşkar etdiyi maliyyə pozuntularının tərkibi


2024-cü ildə Hesablama Palatası 8,3 milyard manat dövlət büdcəsi vəsaitini audit edib ki, burada da say ifadəsində büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə aşkar edilmiş nöqsanların payı çox olub. SİA xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, auditlər üzrə aşkar edilmiş pozuntuların 45,1 %-i büdcə qanunvericiliyinin, 28 %-i dövlət satınalmalarının, 11,5 %-i əsaslı vəsait qoyuluşunun, 7,5 %-i vergi və görük qanunvericiliyinin, 6,5 %-i dövlət əmlakının istifadəsinin, 1 %-i sosial müdafiə və sosial təminatın, 0,3 %-i bank-kredit, valyuta əməliyyatlarının payına düşüb.