İqtisadiyyat

Restrukturizasiya olunmuş kreditlər 1 milyard manatı üstələyib


2024-cü ildə Azərbaycanda restrukturizasiya olunmuş kredit portfeli 34 % (282 milyon manat) artaraq 1,1 milyard manata çatıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.

Sənədə əsasən, artım əsasən biznes portfeli üzrə (273 milyon manat) məhdud sayda borcalan üzrə olub.

Hesabat dövründə restrukturizasiya olunmuş kreditlərin ümumi portfeldəki payı 0,4 faiz bəndi artaraq 4 %-ə çatıb.

Restrukturizasiya portfeli üzrə artım müşahidə edilsə də, bu sistemik xarakter daşımayıb.