Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Aprelin 15-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.38% – 40,368.96 bəndədək, S&P 500 indeksi 0.17% – 5,396.63 bəndədək, Nasdaq indeksi isə 0.05% – 16,823.17 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 15-də FTSE 100 indeksi 1.41% – 8,249.12 bəndədək, Fransanın CAC-40 indeksi 0.86% – 7,335.40 bəndədək, Almaniyanın DAX indeksi 1.43% – 21,253.70 bəndədək artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.57% artaraq 1.1346 dollar təşkil edib.