Hər il 3 milyon uşaq bu səbəbdən ölür
Yeni araşdırma 2022-ci ildə antibiotik müqaviməti səbəbilə 3 milyondan çox uşağın həyatını itirdiyini ortaya çıxarıb. SİA xəbər verir ki, Avstraliyadakı Murdoch Uşaq Araşdırma İnstitutu və Clinton Health Access Initiative-nin mütəxəssisləri bildiriblər ki, Afrika və Cənub-Şərqi Asiyadakı uşaqlar bu təhlükə qarşısında xüsusilə həssasdır. Araşdırmalara görə, antibiotiklərə davamlı xəstəliklərin sayı son üç ildə 10 dəfə artıb. Bunun səbəbləri arasında antibiotiklərin nəzarətsiz istifadəsi və COVID-19 pandemiyası göstərilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, antibiotiklər yalnız ciddi hallarda istifadə olunmalı, əks halda bakteriyaların müqaviməti artacaq və alternativ müalicə yolları qalmayacaq. Eyni zamanda, yeni antibiotiklərin hazırlanması prosesinin bahalı və uzunmüddətli olması da problemi daha da dərinləşdirir.