İqtisadiyyat

Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib


İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkında investisiya həcmi 183 milyon manatdan çox olan 12 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

SİA-nın məlumatına görə, İZİA-dan bildirilib ki, sahibkarlar tərəfindən sənaye parkına 59 milyon manatdan çox investisiya yatırılıb, 360-dan artıq daimi iş yeri yaradılıb.

Növbəti mərhələdə mövcud layihələr üzrə parka əlavə 124 milyon manatdan çox investisiyanın yatırılması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İndiyədək sənaye parkında 280 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 4 milyon manatlıq hissəsi ixracın payına düşür.