Rusiyanın “ən nəzakətli manyakının” nə gizlətdiyi məlum olub..?
…“Rusiyanın ən nəzakətli manyakı” kimi tanınan Vladimir Mirqorod bildirib ki, qurbanlarının hamısını xatırlaya bilmir. Bu, 16 nəfərin qətli ilə bağlı yenidən ekspertiza onun ağlı başında olduğunu müəyyən etdikdən sonra baş verib və yeni istintaq siyahıya daha 17 epizod əlavə edib.
SİA rus saytlarına istinadən xəbər verir ki, mediada yayılan məlumatlara görə, Mirqorod amansız cinayətlərinin qurbanına çevrilməzdən əvvəl onun arxasınca gedən qadınlarla ünsiyyət tərzinə görə “nəzakətli” ləqəbini qazanıb.
O, qurbanlarının cəsədlərini zorlayıb, boğub və yandırıb, onların arasında təkcə qadınlar deyil, kişilər, hamilə qadın və azyaşlılar da var.
2012-ci ildə Mirqorod 16 qətldə təqsirli bilinsə də, müstəntiqlər bu yaxınlarda onun Moskva və Moskva vilayətində törədilmiş daha 17 cinayətdə əli olduğunu müəyyən ediblər.
Manyak izlərini gizlətmək üçün təcrübə aparıb: cəsədləri gölməçədə boğub, maşınlarda yandırıb və qətlləri intihar kimi maskalayıb.
Maraqlıdır ki, Mirqorod indi qətllərinin yarısını belə xatırlamadığını iddia edir.
…Bunlar travmatik təcrübələr deyil, əksinə, eyforik emosiyalarla əlaqələndirilir, çünki onlardan həzz alır. Maniak həmişə hər şeyi, qurbanlarının hər birini mükəmməl xatırlayır. Bunu məhkəmə psixiatriya eksperti Artem Gilev bildirib.
Mirqorodun həbsinin uzadıldığı məhkəmə prosesində o, özünü pop ulduzu kimi aparıb: o, fotoqraflara zərif pozalar verib və gülümsəyib.
İstintaq davam edir və “Rusiyanın ən nəzakətli manyakının” arxasında daha çox qurbanların olması mümkündür.
Əli Babayev