TikTok #Novruz2025 onlayn festivalının nəticələrini açıqlayıb
Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan TikTok Azərbaycanda ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının nəticələrini açıqlayıb. SİA xəbər verir ki, bu təşəbbüs platforma istifadəçiləri arasında böyük marağa səbəb olub: layihənin həştəqi ilə 12 mindən çox video hazırlanıb. TikTok, həmçinin, müsabiqənin qaliblərini elan edib: ən yaxşı videoların müəllifləri dəyərli hədiyyələr qazanıblar. TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.
Artıq iki ildir ki, TikTok Azərbaycanda yerli mədəniyyətin və maarifləndirici məzmunun təbliği istiqamətində təşəbbüslər həyata keçirir. Azərbaycanın zəngin mədəni irsi ölkədəki bir çox məzmun yaradıcıları və təşkilatlar üçün ilham mənbəyinə çevrilib. Onlar həm yerli, həm də xarici auditoriya üçün maraqlı olan unikal və cəlbedici videolar hazırlayırlar.
TikTok-un bu istiqamətdə həyata keçirdiyi əvvəlki təşəbbüslər arasında mədəni layihə olan “Muzeylər gecəsi” xüsusi yer tutur. Layihə çərçivəsində ölkənin 10 aparıcı muzeyi canlı yayımlar təşkil edərək istifadəçilərə evdən çıxmadan virtual ekskursiyalara qoşulmaq, incəsənət dünyasına səyahət etmək və Azərbaycanın muzeylərində qorunan eksponatlar haqqında daha ətraflı məlumat almaq imkanı yaradıb. Bundan əlavə, TikTok “Ədəbi qonaq otağı” layihəsini də təqdim edib. Bu layihə çərçivəsində platformada tanınmış simalar və Azərbaycanın ədəbiyyat xadimlərinin muzeyləri ilə birlikdə şeir dinləmələri təşkil olunub. TikTok-un ən genişmiqyaslı layihələrindən biri isə #TikTokdanÖyrən təşəbbüsü olub. Bu layihə Azərbaycanın 22 mədəniyyət müəssisəsini bir araya gətirib. Layihədə 14 teatr, 6 muzey, Azərbaycan Milli Kitabxanası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu iştirak edib.
#Novruz2025 TikTok-da
Platforma bu il ilk dəfə Azərbaycandakı istifadəçilərlə birlikdə yazın gəlişini və Novruz bayramını qeyd edib. TikTok bu münasibətlə genişmiqyaslı onlayn bayram festivalının keçirildiyi əsas platformaya çevrilib. #Novruz2025 həştəqi çərçivəsində istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini göstərən, bayram süfrəsinə aid yemək reseptlərini paylaşdıqları, eləcə də ölkələrinin zəngin adət-ənənələrinin gözəlliyini nümayiş etdirdikləri 12 mindən çox video hazırlayıblar.
Bayram süfrəsi
Novruz bayramında milli mətbəx ənənələrinin önəmli yeri var.İstifadəçilər ən çox sevdikləri milli yemək və şirniyyatların, məsələn, şəkərbura, paxlava və plovun reseptini paylaşıblar, eləcə də qonaqlar üçün gözəl və zəngin bir süfrənin necə qurulduğunu göstəriblər. Bütün bunlar dərin mədəni məna daşıyır, firavanlığı və möhkəm can sağlığını simvolizə edir.
Novruz sevdiklərinizlə
Bayram günlərində ailə və yaxınlarınızla vaxt keçirmək vacibdir. Azərbaycanın müxtəlif yerlərindən olan istifadəçilər sevimli bayramlarını ailə və dostlarının isti çevrəsində necə qeyd etdiklərini nümayiş etdiriblər. Bəziləri üçün isə bu, ilk Novruz olub.
Milli musiqi və rəqslər
Novruzun əsas aspektlərindən biri onun musiqisidir. Bayram zamanı TikTok-da milli melodiyalar daha da gur səslənib: İstifadəçilər milli Azərbaycan musiqisi ilə videolar çəkiblər, şəhərin küçələrindəki musiqi çıxışlarından reportajlar paylaşıblar və bir-birilə bayramın ab-havasını bölüşüblər.
Milli moda
Festivalın diqqətçəkən trendlərindən biri milli modaya marağın artması olub. İstifadəçilər aktiv şəkildə milli geyimləri yenidən yaradır, milli paltarların müasir təsvirlərini təqdim edir, bayram zamanı şəhərdə gəzintiyə çıxmaq üçün bu paltarları geyinib, nəsillər arasındakı əlaqəni və mədəni irsə olan hörməti nümayiş etdirirdilər.
Xalq şənlikləri
Platforma xalq şənlikləri sayəsində rəngləndi. Minlərlə insan küçələrə çıxaraq yazın gəlişini qeyd edib, milli yeməklərdən dadıb, müxtəlif fəaliyyətlərdə iştirak edib və bayram əhval-ruhiyyəsini TikTok-da paylaşıblar.
İncəsənət və ənənələr
TikTok-da rəssamlar və sənətkarlar öz əsərlərini bayrama həsr ediblər. Onlar bayram üçün Azərbaycan mədəniyyətindən və ənənəvi Novruz elementlərindən ilhamlanan rəsmlər, eləcə də əl işləri hazırlayıblar.
Alovun gücü
Alov Novruzun simvoludur, isti, yenilənmə və işığın qaranlıq üzərində qələbəsini təmsil edir. TikTok istifadəçiləri Azərbaycanda, tonqal ətrafında toplaşaraq ruhlandırıcı rəqslər etdikləri anları paylaşıblar. Bu ənənəvi Novruz rituallarının ruhu təmizlədiyinə və gələcək ildə uğur gətirəcəyinə inanılır.
Novruz bayramı haqqında ən kreativ videolar
Layihədə iştirak edən bütün istifadəçilər arasında ən kreativ videoların müəllifləri müəyyən olundu. Qaliblər layihənin tərəfdaşı — kurort şəhəri Sea Breeze tərəfindən təqdim olunan hədiyyələrin sahibləri oldular:
• 1-ci yer: @chinivibess adlı istifadəçi Çinarə Axundova və @aydankhalilzada adlı Aydan Xəlilzadədir. Onlar bayram ab-havasını bölüşdükləri, milli ənənələrin və geyimlərin gözəlliyini nümayiş etdirdikləri şəhər gəzintisi formatında hazırladıqları gözəl video ilə qalib oldular. Mükafat olaraq kontent müəlliflərinə DREAM Fest 2025 festivalının bütün günləri üçün fan zonaya 2 bilet təqdim olunub.
• 2-ci yer: Rəssam Firuza İmanova @firca.darbesi, Novruzdan və onun ənənəvi elementlərindən ilhamlanaraq çəkdiyi rəsmin hazırlanma prosesini əks etdirən video təqdim edib. Mükafat olaraq Firuza Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort-un apartamentlərində 2 günlük qalmaq üçün vauçer qazanıb.
• 3-cü yer: @food_channel kanalının müəllifi Yusunova Rəhimə, paxlavanın hazırlanma prosesini ətraflı və estetik şəkildə təqdim edən video hazırlayıb. Mükafat olaraq müəllifə Bakıda yerləşən Crocus fitness klublarından birində altı aylıq üzvlük kartı təqdim edilib.
“TikTok-da #Novruz2025 onlayn festivalının necə gözəl keçməsindən çox razıyıq. Hər kəsin Novruzu bu qədər sevgi və yaradıcılıqla qeyd etməsi, ənənələrimizi belə sevinc əhvallı və canlı şəkildə paylaşması təqdirə layiqdir. Bu, sanki böyük, şən bir ailə bayramıdır və mədəniyyətimizin bu gözəl təşəbbüslə yaşadılması əsl qürur verir!” – deyə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib.
“Bu il biz ilkl dəfə Novruz bayramını Azərbaycandakı istifadəçilərimizlə birlikdə qeyd etdik və onlayn festival üçün parlaq, rəngarəng bir platforma olduq. İstifadəçilərimizə təşəkkür edirik ki, TikTok-u bayramın bütün rəngləri, melodiyaları, iştahaaçan təamları, rəqsləri və əla əhval-ruhiyyəsi ilə doldurdular! Sizin sayənizdə dünyanın dörd bir yanındakı insanlar Azərbaycanın mədəniyyətinin necə gözəl və bənzərsiz olduğunu daha yaxından tanıya bildillər”, – deyə TikTok-un Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada əməliyyatlar üzrə rəhbəri Melis Çağlar bildirib.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.