Dünya

Tramp Zelenskinin “Patriot”lar almaq təklifini rədd edib


ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin 10 “Patriot” hava hücumundan müdafiə sistemi almaq təklifini rədd edib.

SİA-nın məlumatına görə, bu barədə BILD məlumat yayıb.

…Avropa İttifaqının maliyyə resurslarından və dondurulmuş Rusiya aktivlərindən istifadə edərək, Zelenski ABŞ-dan çoxlu pula – hər biri 5,5 milyon avro qiymətinə yüzlərlə “Patriot” raketi almaq istəyirdi. Bununla belə, nəşrin qeyd etdiyi kimi, Tramp Rusiya ilə danışıqlardan o qədər narahatdır ki, “Ukraynanın müdafiəsi üçün pul qazanmaq belə istəmir.

Məqalədə deyilir.

Bundan əvvəl Tramp Ukraynaya 50 milyard dollarlıq müqavilə verməkdən imtina edib.

Əli Babayev