Siyasət

Bizim işçi qrupu ticarət dövriyyəsini nəzərdən keçirəcək


“Mən qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Bu ölkəyə ilk dəfədir ki, rəsmi səfər edirəm. Bu çox gözəl fürsətdir ki, iki ölkə arasında əməkdaşlığı genişləndiririk”. SİA xəbər verir ki, bunu Sloveniya Xarici İşlər Naziri və Avropa İşlər Naziri Tanya Fayon qeyd edib.

Onun sözlərinə görə, bizim işçi qrupu ticarət dövriyyəsini nəzərdən keçirəcək. Biz yaxın zamanlarda enerji sahəsində anlaşma memorandumu imzalamışıq. Həmçinin keçən dəfə enerji naziri Bakıda olmuşdur. Biz bir çox məsələlərdə dostluq münasibətlərinə sahibik. Yalnız enerji sahəsində deyil, həmçinin su stansiyalarının tikilməsi, turizm sahələrimizi inkişaf etdirmək çox vacibdir.

Bununla yanaşı beynəlxalq tədbir olan COP29-un Bakıda keçirilməsi yüksək səviyyədə əhəmiyyət kəsb edir. Bununla bağlı keçiriləcək olan biznes forumunuda çox böyük əhəmiyyətə malik olduğunu qeyd etmək istəyirəm.