Donald Tramp Corciya Meloni ilə görüşüb
ABŞ Prezidenti Donald Tramp 90 günlük fasilə müddəti bitənə qədər Avropa İttifaqı ilə ticarət razılaşmasının əldə olunacağına nikbin yanaşdığını açıqlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə o, İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşündə deyib. O yüz faiz ticarət razılaşmasının olacağını qeyd edib: “Biz ədalətli sövdələşmələr aparacağıq, lakin tələsmirik. Avropa və ya digəri ilə razılaşmaqda çox az problemimiz olacaq”.
Qeyd edək ki, Ağ evdə ABŞ Prezidenti Donald Trampla İtaliyanın Baş naziri Corciya Meloni arasında görüş keçirilir. Bu, Ağ evin tarif tətbiqi ilə bağlı qərarından sonra Avropa lideri ilə keçirilən ilk görüşdür.